Pentaqon Rusiyanın ittihamlarını rədd etdi

Rusiya Müdafiə Nazirliyinin İŞİD-in dəstəklənməsinə dair ABŞ-ın ünvanına səsləndirdiyi ittihamlar əsassız, qeyri dəqiq və tamamilə yalandır. 

Azadinform-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın nümayəndəsi polkovnik Rayan Dillon Rusiya MN-nin koalisiyanın İŞİD-lə əməkdaşlıq etməsinə dair məlumatını şərh edərkən deyib.  

Onun sözlərinə görə, Moskva Rusiyanın Suriyada üzləşdiyi çağırışlardan diqqəti yayındırmaq məqsədi ilə bu cür ittihamlar səsləndirir.   

“Bəzi yayılan şəkillərin video oyunlardan götürülməsi barədə xəbərlərdən məlumatlıyam”, - deyə Dillon Bağdadda keçirdiyi mətbuat konfransında əlavə edib.   

14.11.2017 22:32 / Baxılıb: 50 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo