Türkiyə-Azərbaycan-Gürcüstan münasibətləri bütün dünyaya örnəkdir

“Türkiyə, Azərbaycan və Gürcüstan arasında münasibətlər bütün dünyaya örnəkdir”.

Bunu Türkiyə Parlamentinin Bursadan olan millət vəkili Hüseyin Şahin deyib.

O bildirib ki, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Qars dəmiryolu üç ölkənin bir yerdə nələrə qadir olduğunun göstəricisidir.

“Üç ölkənin dövlət başçıları və xalqları arasında münasibətlər daha da güclənir. Türkiyə parlamentində Azərbaycan və Gürcüstanın mənafelərinin müdafiə olunması üçün əlimizdən gələni edirik. Beynəlxalq arenalarda da üç ölkə haqlı səsini bir yerdə ucaldır”, - deyə türkiyəli deputat söyləyib. 

H.Şahin qeyd edib ki, üç ölkə gələcəkdə də böyük işlər həyata keçirəcək. (apa)

14.11.2017 22:18 / Baxılıb: 65 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo