Moskvada 69 ekstremist saxlanılıb

Rusiya Federal Təhlükəsizlik Xidməti və DİN əməkdaşlarının Moskva regionunda birgə keçirdikləri əməliyyat nəticəsində “Təbliği Camaat” beynəlxalq ekstremist təşkilatının 69 üzvü saxlanılıb.  

Azadinform-un “TASS”-a istinadən verdiyi xəbərə görə, gizli şəkildə fəaliyyət göstərən qruplaşmaya Orta Asiya ölkələrindən olan şəxslər rəhbərlik edib, saxlanılan ekstremistlər arasında Rusiya vətəndaşlarının da olduğu bildirilir.    

Axtarışlar zamanı saxlanılan şəxslərdən rabitə vasitələri, ekstremist ədəbiyyat, qanunsuz fəaliyyət barədə hesabatların əks olunduğu elektron informasiya daşıyıcıları aşkarlanaraq götürülüb.

Rusiya CM-nin müvafiq maddələri ilə cinayət işi başlanılıb. 

14.11.2017 21:57 / Baxılıb: 45 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo