PKK-nın əsas silahlılarından biri məhv edildi

Terrorçu PKK qruplaşmasının Türkiyədəki əsas silahlılarından olan “Gülbahar” kod adlı Hülya Eroğlu zərərsizləşdirilib.

Azadinform Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, noyabrın 2-də Türkiyənin Şırnak bölgəsində keçirilən antiterror əməliyyatı nəticəsində 31 terrorçu məhv edilib. Onların arasında Hülya Eroğlu da olub.

“Gülbahar” Türkiyədə olub, barəsində “qırmızı xət"lə axtarış elan edilən yeganə terrorçu imiş.

O, terrorçu PKK qurplaşmasının Türkiyədə törətdiyi silsilə partlayış və silahlı hücumlarda iştirak edib.

1974-cü ildə Türkiyənin Diyarbakır bölgəsində doğulmuş Hülya Eroğlu qruplaşmanın “idarəetmə şurasının” üzvü olub. 

14.11.2017 20:37 / Baxılıb: 56 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo