Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifi 2 dəfə üstələyib

AZADİNFORM. Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106002642 ISIN-li, 10 mln. manatlıq, 1 092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Azadinform BFB-yə istinadən xəbər verir ki, hərraca 5 investor qiyməti intervalı 100 manat (15%) – 114,0704 manat (9,5%) olan 9 sifariş təqdim edib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 105,8458 manat (12,5999%), orta ölçülmüş qiyməti 109,3694 manat (11,2349%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 213 000 manat, yerləşdirilmiş məbləği isə 10 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 10 noyabr 2020-ci ildir. Hərrac iştirakçıları ən geci sabah istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

14.11.2017 20:21 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo