İranda zəlzələ qurbanlarının sayı 530 nəfərə çatıb

İranda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 530 nəfərə çatıb.

Azadinform İnterfaks"a istinadən xəbər verir ki, təbii fəlakət ölkəyə ciddi maddi zərər vurub, təxminən, 12 min bina və dövlət müəssisəsi dağılıb, elektrik enerjisi təchizatı pozulub.

Bu gün İranda matəm elan olunub.

Qeyd edək ki, noyabrın 13-nə keçən gecə İran-İrak sərhədi yaxınlığında 7,3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların ocağı 10 km dərinliyində yerləşib. Son məlumatlara görə, 7 mindən çox adam fəlakət nəticəsində xəsarət alıb.

14.11.2017 20:06 / Baxılıb: 89 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo