İtaliya yığmasında baş məşqçi məsələsinə baxılacaq

Futbol üzrə İtaliya milli komandasının baş məşqçisi Campyero Venturanın taleyi noyabrın 15-də həll olunacaq.

Azadinform-un məlumatına görə, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio "La Gazzetta dello Sport"a müsahibəsində bildirib.

Tavekkio 2018-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilmədikləri üçün məyusluq ifadə edib. O, baş verənləri idman uğursuzluğu adlandırıb: "Biz birgə qərar verməliyik. Məhz bu məqsədlə sabah federasiya rəsmiləri ilə görüş keçirərək hərtərəfli analiz aparacağıq".

İtaliya millisi pley-off mərhələsində İsveçə iki oyunun yekununda (0:0, 0:1) uduzduğundan, Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyib. 4 qat dünya çempionları sonuncu dəfə 1958-ci il mundialından kənarda qalıblar.

Qeyd edək ki, Campyero Ventura İtaliya yığmasına 2016-cı il Avropa çempionatından sonra baş məşqçi təyin olunub. O, hazırda İngiltərənin "Çelsi" komandasına rəhbərlik edən Antonio Konteni əvəzləyib. Venturanı əvəzləməyə namizədlər qismində elə Konte ilə yanaşı, Karlo Ançelotti, Massimiliano Alleqri və Roberto Mançininin adları hallandırılır. Amma azarkeşlərin böyük qismi bu postda Ançelottini görmək istəyir.   

14.11.2017 18:45 / Baxılıb: 39 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo