Özbəkistanın bölgələrində benzin qıtlığı yaranıb

Özbəkistanın regionlarındakı yanacaqdoldurma məntəqələrində benzin qıtlığı müşahidə olunur.

Azadinform xəbər verir ki, bu barədə “Sputnik Özbəkistan” məlumat yayıb.

Bu vəziyyətdən isə möhtəkirlər istifadə edərək yanacağı 2 dəfə baha qiymətə satırlar. Qeyd olunur ki, möhtəkirlər maksimum mənfəət əldə etmək üçün müxtəlif kimyəvi maddələrdən istifadə edərək yanacağın keyfiyyətini də aşağı salırlar.

Hazırda yalnız Daşkənddəki yanacaqdoldurma məntəqləri stabil şəkildə benzinlə tədarük olunur.

“Özbəkneftqaz" şirkətindən adının açıqlanmasını istəməyən şəxs bildirib ki, bəzi regionlardakı yanacaqdoldurma məntəqələri ayda cəmi iki dəfə yanacaq alır.

14.11.2017 18:32 / Baxılıb: 37 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo