Moskvada Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib

Leyla Məhərrəmova/AZADİNFORM. Moskvada səfərdə olan Ermənistanın XİN rəhbəri Eduard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Azadinform-un məlumatına görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də görüşə qatılıb.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində irəliləyiş əldə edilməsinə şərait yaradılması məqsədi ilə lazım olan addımlar barədə fikir mübadiləsi aparıb. Həmçinin tərəflər, Vyana, Sankt-Peterburq və Cenevrə sammitlərində əldə edilmiş razılaşmaların reallaşdırılması üçün atılmalı olan addımlardan danışıb.

Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin mümkün görüşü də müzakirə mövzusu olub.

14.11.2017 17:00 / Baxılıb: 174 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo