Türkiyə artıq əvvəlki Türkiyə deyil ki, hansısa ölkənin diqtəsiylə hərəkət etsin

AZADİNFORM. “Son vaxtlar Türkiyə-Rusiya əməkdaşlığının genişlənməsini nədənsə, bir çoxları Qərbə və digər xarici qüvvələrə qarşı yönəlmiş addım kimi dəyərləndirirlər. Hətta bəziləri bir qədər də irəli gedərək belə bir öncəgörmə ilə çıxış edirlər ki, guya Rusiya-Türkiyə yaxınlaşması Türkiyəyə düşmən olan qüvvələri, xüsusən də ABŞ-ı və İsraili hərəkətə gətirəcək və bu dövlətlər sözügedən yaxınlaşmanın qarşısını kəsmək üçün hansısa süni əngəllər yaratmağa başlayacaqlar. Xeyr, bütün bunlar hamısı boş və əsassız fikirlər və yersiz təlaşlardır”.

Azadinform xəbər verir ki, bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib. O qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin dünənki görüş və anlaşmalarından sonra bu iki ölkəyə qarşı üçüncü qüvvələr tərəfindən heç bir fövqəladə təzyiqlər olmayacaq və təxribatlar da baş verməyəcək: “Çünki hamı, o cümlədən, ABŞ və İsrail liderləri , AB ölkələrinin rəhbərləri də yaxşı başa düşürlər ki, Rusiya ilə Türkiyənin hazırki əməkdaşlıq və iş birliyi ABŞ-a və digər ölkələrə qarşı yönəlməyib. Ortada sadəcə və sadəcə sırf iqtisadi və siyasi maraqlar var”. 

Onun sözlərinə görə, ABŞ, İsrail və Avropa ölkələri kimi eynilə Rusiya və Türkiyə də ilk növbədə öz iqtisadi-siyasi maraqlarını düşünürlər. Və bu maraqlar bu gün Rusiya və Türkiyəni öz münasibətlərini əvvəlkindən də biraz daha artıq sıxlaşdırmağa sövq edirsə, bunda qeyri-adi və başqa ölkələr üçün təhlükəli nəsə axtarmaq lazım deyil: “ Bu, "soyuq müharibə" dövrünün təfəkkürüdür və bu təfəkkürdən əl çəkmək lazımdır. Ötən əsrin 60/70-ci illərində hər hansı bir dövlət başqa bir dövlətlə müttəfiqlik etməyə başlayanda ya ABŞ, yadaki keçmiş SSRİ rəsmiləri dərhal bu müttəfiqliyi özlərinə qarşı yönəlmiş bir addım kimi dəyərləndirirdilər. Amma indi zaman da, beynəlxalq münasibətlərin fəlsəfəsi də kökündən dəyişib. 2017-ci ilin siyasətçiləri ötən əsrin liderləri kimi düşünərək Rusiya-Türkiyə yaxınlaşmasından qorxuya düşməməli və "nəlbəkidə fırtına" yaratmamalıdırlar”. 

Partiya sədri əlavə  edib ki, Türkiyə-Rusiya yaxınlaşmasına praqmatik açıdan yanaşmaq lazımdır: “Bu gün bir-birilə münasibətləri getdikcə daha da sıxlaşdırmağa çalışan Türkiyənin və Rusiyanın eyni zamanda Avropa ölkələriylə də, ABŞ-ın özüylə də geniş əlaqələri var. Və bundan sonra hansı ölkələrlə əməkdaşlığı daha da genişləndirməyə də Türkiyə özü qərar verəcək. Türkiyə artıq əvvəlki Türkiyə deyil ki, hansısa ölkənin diqtəsiylə hərəkət etsin”.

14.11.2017 16:05 / Baxılıb: 79 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo