Ağac kəsən şəxs cərimələnib

Adəm Abbaslı/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Nazirliyin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, keçirilən reyd zamanı Gəncə şəhəri, Nizami rayonu, Rüstəm Əliyev küçəsi 1 ünvanında yerləşən yaşayış evinin qarşısındakı sahədə yaş köküstə 2 ədəd əncir ağacının kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacların sözügedən ünvanda yaşayan Afət Qənbərova tərəfindən qanunsuz kəsildiyi məlum olub. Faktla bağlı protokol tərtib edilib.

İnzibati xəta törətdiyinə görə qanun pozucusu barəsində fiziki şəxs qismində 2000 manat məbləğində cərimə tətbiq olunub, təbiətə dəymiş ziyana görə 600 manat məbləğində iddia qaldırılıb.

14.11.2017 15:35 / Baxılıb: 162 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo