Nazir Sudanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Adəm Abbaslı/AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov Sudanın Azərbaycana yeni təyin olunmuş səfiri Abbas Mustafa Əhməd Abdullanı qəbul edib.

XİN-dən Azadinform-a verilən məlumata görə, görüş əsnasında səfir Abbas Mustafa Əhməd Abdulla etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Nazir Elmar Məmmədyarov Abbas Mustafa Əhməd Abdullanı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir Abbas Mustafa Əhməd Abdulla diplomatik fəaliyyəti müddətində Azərbaycan və Sudan arasında əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

14.11.2017 15:25 / Baxılıb: 168 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo