Leyla Ramazanlıdan yeni FOTOSESSİYA

AZADİNFORM. Gənc ifaçı Leyla Ramazanlı yeni fotosesiya etdirib.

Müxtəlif libaslarda kamera qarşısına keçən müğənni hər il yeni mahnıları ilə bərabər fotosesiya etdirməyə üstünlük verir. Onun bu dəfəki şəkilləri “Kamranaydinov” studiyada çəkilib. İfaçı yeni fotosesiyası ilə yanaşı yaradıcılığında olan yeniliklərdən də danışıb.

Bildirib ki, hazırda 2 yeni mahnı üzərində çalışır: “Mahnılardan biri ritmik digəri isə lirik üslubdadır. Mahnılarımı klipimlə birlikdə təqdim edəcəyəm. Yeniliklərim çoxdur, ancaq hələ sirr olaraq qalmasının tərəfdarıyam”.  

Qeyd edək ki, Leyla Ramazanlının yeni fotosesiyasındakı obrazlarındakı saç virajı “Melissa beauty” studiyaya məxsusdur.

İfaçı vizajist Könül xanıma bunun üçün minnətdarlığını da bildirməyi unutmayıb.

 

 

 

 

 

 

 

 

 

 

14.11.2017 14:05 / Baxılıb: 221 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
20.11.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo