ABŞ müdafiə naziri: Suriyadan çıxmayacağıq

Samir Soltanov/AZADİNFORM. ABŞ-ın müdafiə naziri Cim Mattis Pentaqonda jurnalistlərlə bir araya gəlib. 

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, mətbuat konfransında İŞİD-in Rakka məğlubiyyətindən sonra zəiflədiyini və bu səbəbdən ABŞ ordusunun terror təşkilatının tamamilə məhv olmasından sonra Suriyada qalıb-qalmayacağı barəsində verilən sualı cavablandıran C. Mattis qeyd edib ki, bu barədə hansısa qərarın verilməsi Cenevrə danışıqlarından asılıdır: “Bu danışıqlar çərçivəsində yeni yol xəritəsi təyin olunacaq. Siyasi uzlaşma və irəliləyiş əldə etmək üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) koordinasiyasında davam edən Cenevrə danışıqlarından çox şey asılıdır. İndiki hədəfimiz budur ki, İŞİD məhv olana qədər əməliyyatlarımıza davam etmək və Cenevrədə diplomatik bir həll variantına kimi orada öz mövqeyimizi qorumaqdır. Bu səbəbdən Cenevrə danışıqlarında nəticə əldə olunana kimi Suriyadan çıxmayacağıq”. 
Müdafiə naziri qeyd edib ki, İŞİD hələki tamamilə məhv olunmayıb və onlar müharibə istədiyi müddətcə ABŞ ordusu döyüşməyə davam edəcək. 
Suriyada İran ilə Rusiya arasındakı əməkdaşlığın artıb artmadığına dair bir suala isə Mattis “Bu çox yaxşı bir sualdır, ancaq buna cavab verməyə hazır deyiləm” – deyə cavab verib. 

14.11.2017 13:55 / Baxılıb: 313 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.11.2017
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo