Hər yaşda cavan adlandırılan Özcanın dəyişik illəri Foto

Ləman Hüseynzadə / AZADİNFORM. Türkiyəli aktyor, rejissor, müğənni Özcan Dəniz İnstagram hesabında müxtəlif dövrlərə aid fotolarını paylaşıb.

Azadinform xəbər verir ki, müğənninin bu hərəkəti onu sevənlər tərəfindən çox bəyənilib. Fotoda Özcan 38, 41 və 45 yaşında çəkdirdiyi şəkilləri kollaj edərək rəsmi səhifəsində yerləşdirib.

Aktyorun şərhsiz paylaşdığı fotonu minlərlə izləyici “like” edib. İzləyicilər şərhlərdə müğənninin hər yaşda cavan qaldığını vurğulayaraq onu tərif atəşinə tutublar.

Bir izləyicinin yazdığı “Zamanın amansızlığı... Yaraşıqlı bir baba namizədi” şərhi isə ən maraqlı şərh kimi qiymətləndirilib.

14.11.2017 13:45 / Baxılıb: 246 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo