XİN Sergey Lavrovun Azərbaycana səfər edəcəyini təsdiqlədi

Adəm Abbaslı/AZADİNFORM. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.

Bunu mətbuatın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, xarici işlər naziri Elmar Məmmədyarov 16 noyabr tarixində Moskvaya işgüzar səfər edəcək. Səfər əsnasında Moskva şəhərində E.Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub: "20 noyabr tarixində isə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək".

14.11.2017 13:25 / Baxılıb: 233 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.11.2017
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo