Sabah Bakının bəzi yerlərində yağış yağacaq

Samir Soltanov/AZADİNFORM. Bakı və Abşeron yarımadasında noyabrın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13° isti, gündüz 15-18°, Bakıda gecə 11-13° isti, gündüz  15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi  normadan yüksək 767  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.  

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

14.11.2017 13:05 / Baxılıb: 182 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo