DGK dövlət büdcəsinə 2 milyard 168,650 milyon manatödəyib

Samir Soltanov/AZADİNFORM. Bu ilin yanvar-oktyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 2 mlrd. 168,650 mln. manat təşkil edib. 

Azadinform xəbər verir ki, DGK-nin açıqladığı statistikada bildirilir. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə daxilolmaların həcmi 18,05% artıb. 
Hesabat dövründə gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 571,576 mln. manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 mlrd. 497,747 mln. manat, aksizlər üzrə 70,359 mln. manat, yol vergisi üzrə isə 28,967 mln. manat təşkil edib.

14.11.2017 12:41 / Baxılıb: 201 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo