Şahzadədən Mahmud Abbasa təzyiq: Amerikalılar nə təklif etsə ya qəbul et, ya da istefa ver

Samir Soltanov/AZADİNFORM. İngiltərədə nəşr olunan “Times” qəzeti Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ibin Selmanın Fələstin lideri Mahmud Abbasa “ABŞ-ın hazırladığı Orta Şərq barış planını qəbul etməlisən” barədə təzyiq göstərdiyi haqqında məlumat yayıb. 

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzetdə Mahmud Abbasın bir həftə əvvəl Riyad ziyarəti zamanı ABŞ prezidenti Donald Trampın kürəkəni və məsləhətçisi Cared Kuşner (Jared Kushner) tərəfindən hazırlanan barış planının müzakirə edildiyi bildirilir. Məlumata görə, Şahzadə Məhəmməd Mahmud Abbasa “Tramp planı açıqladığında amerikalılar nə təklif etsə ya qəbul et, ya da istefa ver” ifadəsini işlədib.  

Qəzet yazır ki, Kuşner və vəliəhd Şahzadə Məhəmməd arasında baş tutan görüş gecə saatlarına qədər davam edib. Görüşdə İsrail - Fələstin probleminin həllinə aparan Orta Şərq barış planını müzakirə edilib. 

14.11.2017 12:30 / Baxılıb: 392 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo