Ermənistanda tələbələr aclıq aksiyası keçirir

Leyla Məhərrəmova / AZADİNFORM. Yerevan Dövlət Universitetinin tələbələri hərbi möhlət hüququnu qadağan edən qanuna qarşı etirazlarını davam etdirir.

Azadinform tert.am-a istinadən xəbər verir ki, mübahisəli qanun oktyabrın sonunda parlamentdə birinci oxunuşda qəbul edilib və Milli Assambleyanın bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, etiraza qoşulan “Elmin İnkişafı Naminə” adlı qrupun üzvü Vahan Kostanyan bildirb ki, artıq 5 tələbə aclıq aksiyası  keçirir: “Universitetin dərs otaqlarında aclıq aksiyası keçirən bir neçə dostumuz var”.

O daha çox tələbəni bu kampaniyaya qoşulmağa səsləyib.

14.11.2017 12:24 / Baxılıb: 534 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo