Aktyor tamaşaçını inandırmaq üçün biləyini kəsdi

Ləman Hüseynzadə / AZADİNFORM. Türkiyənin ən baxımlı seriallarından olan “Fazilet hanım və kızları”nda Sinan Egemen obrazını canlandıran aktyor Alp Navruz çəkiliş zamanı bədbəxt hadisə ilə üzləşib.

Azadinform xəbər verir ki, ssenariyə uyğun olaraq əlini pəncərəyə çırpmalı olan aktyorun biləyi kəsilib. Navruz Baysal ilə mübahisə səhnəsində tamaşaçıda tam inam hissi yaransın deyə əlini zərbə ilə pəncərəyə çırpıb. Nəticədə qırılan şüşələr Alpın biləyini kəsib. Anındaca xəstəxanaya çatdırılan aktyorun biləyinə tikiş vurulub. 

Qeyd edək ki, bu səbəblə serialın prodüser şirkəti aktyora dincəlmək üçün iki günlük istirahət verib. Sözügedən səhnə iki həftə sonra efirdə olacaq 24-cü bölümə aiddir.

14.11.2017 12:11 / Baxılıb: 250 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo