Azərbaycana idxal olunan avtomobillərin sayı 86,29% artıb

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana ümumilikdə 8 102 ədəd avtomobil idxal olunub. 

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikada bildirilir. Ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 3753 ədəd avtomobil və ya 86,29% artıb. 

Ölkəyə gətirilən avtomobillərin 148 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 7 098 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 795 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 61 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir. (apa)

14.11.2017 12:03 / Baxılıb: 202 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo