Qiqqz futbol akademiyasının direktoru təyin olundu

Adəm Abbaslı/AZADİNFORM. “Mançester Yunayted” futbol klubunun sabiq yarımmüdafiəçisi Rayan Qiqqz Vyetnamda işləyəcək.

Xarici KİV-lərin yaydığı xəbərə görə, 43 yaşlı uelsli Vyetnamda gənclərdən ibarət futbol akademiyasının direktoru təyin olunub.

Qiqqz futbolçu və məşqçilərin işinə, həmçinin akademiyanın tikintisi və inkişafına cavabdehlik daşıyır.

Tərəflər arasında imzalanmış müqaviləyə əsasən, Qiqqz ildə iki dəfə Vyetnama gəlməli və akademiyanın fəaliyyəti tanış olmalıdır.

Qiqqzə “Mançester Yunayted”in digər sabiq oyunçusu Pol Skoulz kömək edir.

14.11.2017 11:46 / Baxılıb: 191 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo