Ermənistan KİV-i: Lavrov Bakıya və Yerevana səfər edəcək

Leyla Məhərrəmova / AZADİNFORM. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun gələn həftə Azərbaycan və Ermənistana səfər edəcəyi gözlənilir.

Azadinform xəbər verir ki, bu barədə Ermənistanın 168 Jam qəzeti Rusiyadakı mənbəyə istinadən məlumat yayıb.

Qəzet bildirib ki, Lavrov noyabrın 19-da Bakıda olacaq və bir gün sonra Yerevana səfər edəcək. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin səfərin gündəliyində olması gözlənilir.

Lavrovun iki əsas məsələyə diqqət yetirəcəyi bildirilib: “Azərbaycan-Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün gündəliyinin effektivliyi və ATƏT-in Minsk qrupuna üzv olan digər dövlətləri-Fransa və ABŞ-ın dəstəyini tələb edən planın təklif edilməsi”.

14.11.2017 11:25 / Baxılıb: 212 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.11.2017
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo