BMAM-da çevik icra strukturu yaradılıb və yeni təyinatlar olub

Adəm Abbaslı/AZADİNFORM. Bu gün Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) İdarə Heyətinin növbəti iclası keçirilib.

BMAM-ın Mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə,  iclasda  Mərkəzin gördüyü işlər, fəaliyyət istiqamətləri, geopolitik vəziyyətin araşdırılması və öyrənilməsi geniş müzakirə olunub. 

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov iclasda mərkəzin gördüyü işlər, həyata keçirdiyi layihə və tədbirlər, qarşıda duran vəzifələr, çevik icra strukturunun yaranması zərurəti və yeni təyinatlarla bağlı çıxış edib. Bildirib ki, mərkəz 11 illik fəaliyyəti ilə ölkəmizdə bir çox uğurlara imza atıb, xeyli sayda vətəndaş cəmiyyəti və ölkəmiz üçün vacib layihələr həyata keçirib.

BMAM sədri Mərkəzin ölkəmizin ictimai həyatında fəal mövqeyə malik olduğunu, indiyədək ən vacib koalisiya və qurumlara rəhbərlik etdiyini bütün yerli və beynəlxalq konfrans, görüşlər və tədbirlərdə təmsil olunduğunu xüsusi qeyd edib.

İclasda Mərkəzin yeni icra strukturu, tanınmış ekspertlərin təmsil olunacağı 9 nəfərdən ibarət ekspertlər qrupu təsdiq edilib. Yeni icra strukturuna müvafiq olaraq yeni  təyinatlar edilib.

BMAM rəhbərinin müvafiq sərəncamları ilə Ramin Səmədov, Eldar Orucov, Nazim Süleymanov, Novruz Dadaşov sədrin müxtəlif sahələr üzrə müşavirləri, Esmira Həmzəbəyova sədrin köməkçisi – baş məsləhətçi, Nurlanə İsmayılova baş məsləhətçi, Muxtar Vəliyev məsləhətçi və Cəbrail Fərzəliyev ekspert təyin olunub.

 

14.11.2017 10:44 / Baxılıb: 250 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
22.11.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo