Ögey ana - Söhbət filmdən yox, qətldən gedir

Adəm Abbaslı/AZADİNFORM. Şamaxı şəhərində qətl hadisəsi baş verib.

Məlumata görə, hadisə noyabrın 13-də baş verib. Şəhər sakini, 1958-ci il təvəllüdlü Bağırov Rəhim Hacı oğlu ögey anası, 1960-ci il təvəllüdlü Bağırova Badam Abduləli qızı ilə mübahisə edib. Mübahisə zəmnində R.Bağırov B.Bağırovanı qətlə yetirib. Daha sonra R.Bağırov ögey anasının meyitini gizlətmək məqsədilə yaşadıqları evin həyətindəki quyuya atıb və quyunu daşla doldurub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində qətl hadisəsinin üstü açılıb.

R.Bağırov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şamaxı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

14.11.2017 09:50 / Baxılıb: 475 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo