Meksika, Türkiyə və Tacikistanda zəlzələ olub

Adəm Abbaslı/AZADİNFORM. Meksikada 4,0 bal gücündə zəlzələ baş verib.

Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin yaydığı məlumata görə, yeraltı təkanların episentri Puebla de Zaraqoza şəhərindən 438 kilometr cənub-şərqdə, ocağı isə 88 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.


Türkiyədə isə 3,7 bal gücündə zəlzələ baş verib. Məlumata görə, yeraltı təkanların episentri İzmir şəhərindən 58 kilometr şimal-şərqdə, ocağı isə 16 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.


Tacikistanda da zəlzələ baş verib. Burada isə zəlzələnin gücü 4,4 bal olub.

Məlumata görə, yeraltı təkanların episentri Tacikistanın paytaxtı Düşənbədən 338 kilometr cənub-şərqdə, ocağı isə 232 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

14.11.2017 09:40 / Baxılıb: 194 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo