Tacikistanda siqaret və qəlyan çəkmək qadağan edilir

Tacikistan parlamentinin aşağı palatasına “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanun layihəsi daxil olub.

Azadinform xəbər verir ki, sənədə əsasən, ölkənin kafe, bar və restoranlarında siqaret və qəlyan çəkmək qadağan edilir.

Qadağa inzibati binalara, dövlət və qeyri-dövlət təşkilatlarındakı iş otaqlarına, həmçinin yaşayış binalarının bloklarına, liftlərə, yeraltı keçidlərə, aeroportlara, vağzallara, sanatoriyalara, yataqxana və ictimai nəqliyyatlara da şamil olunur.

13.11.2017 23:21 / Baxılıb: 46 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.11.2017
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo