Tovuzda avtomobil aşıb, xəsarət alanlar var

Tovuzda yol qəzası baş verib.

Məlumata görə, hadisə rayonun Əlimərdanlı kəndinə gedən yolda qeydə alınıb.

Minik avtomobilinin aşması nəticəsində Abulbəyli kənd sakinləri, 1965-ci il təvəllüdlü Şəhadət İsmayılov və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Gülbəniz İsmayılova müxtəlif  bədən xəsarətləri  alaraq xəstəxanaya  yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətləri orta-ağırdır. Faktla bağlı araşdırma aparılır. (apa)

13.11.2017 21:56 / Baxılıb: 104 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2018
    22.09.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo