Qəzaya düşən ailənin daha bir üzvü dünyasını dəyişib

Bakıda baş verən yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb.

Noyabrın 6-da paytaxtın Pirallahı rayonunda Rafael Əkbərovun idarə etdiyi “Mercedes” markalı avtomobil Rövşən Bəydəmirovun idarə etdiyi “VAZ-2107” markalı maşınla toqquşub.

Nəticəndə “VAZ-2107”də olan sərnişinlərdən Babaxan Fətullayev və onun 5 yaşlı oğlu Elcan aldıqları xəsarətdən hadisə yerində ölüblər. Hər iki nəqliyyat vasitəsinin sürücüsü və sərnişinlərindən ümumilikdə 5 nəfər xəsarətlə xəstəxanaya müraciət edib.

Yaralılardan daha biri - Fətullayevlər ailəsinin üzvü Rahilə Babaxan qızı Fətullayeva noyabrın 13-də xəstəxanada dünyasını dəyişib.  (apa)

13.11.2017 20:11 / Baxılıb: 39 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo