Bolqarıstan səfirinin diplomatik fəaliyyəti başa çatıb

Xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristovanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən Azadinform-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlığın hərtərəfli inkişafından və yüksək səviyyəli qarşılıqlı səfərlərdən məmnunluq ifadə olunub.

Nazir Elmar Məmmədyarov səfir Maya Xristovanın diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında dostluq və əməkdaşlığın inkişafı naminə səylərini yüksək qiymətləndirib. O əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yol xəttinin işə düşməsi ölkələrimiz arasında əməkdaşlıq üçün yeni əlverişli imkanlar açır.

Səfir Maya Xristova diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov M.Xristovaya gələcək fəaliyyətində uğurlar arzulayıb.

13.11.2017 19:32 / Baxılıb: 53 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo