Milli Məclisin deputatları AŞPA komitələrinin iclaslarında iştirak edəcək

Samir Soltanv/AZADİNFORM. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev təşkilatın Siyasi işlər və demokratiya, həmçinin Monitorinq komitələrinin iclaslarında iştirak etmək üçün noyabrın 13-dən 16-dək Parisdə səfərdə olacaqlar. 

Milli Məclisdən Azadinform-a verilən məlumata görə, iclaslarda İŞİD terror təşkilatının maliyyələşdirilməsi, AŞPA-nın ATƏT-lə münasibətləri, Suriyadakı vəziyyətin qonşu dövlətlərə təsiri, Liviyanın gələcəyi, Moldovada və Ermənistanda vəziyyət, Polşada demokratik institutların fəaliyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaq. Deputatlar tədbirlərdə çıxış edəcək, gündəlikdəki məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

13.11.2017 19:00 / Baxılıb: 46 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo