Prezident BTQ-nin açılışı ilə bağlı bir qrup şəxsə Əməkdar mühəndis fəxri adını verib

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi münasibətilə bir qrup şəxsə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. 

Azadinform xəbər verir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisində və istismara verilməsində fərqləndiklərinə Buadze Murad Otariyeviç, Qasımov Cəmil Həsən oğlu, Qurbanov Cavid Qəmbər oğlu və Rzayev Telman Ağamoğlan oğluna “Əməkdar mühəndis” fəxri adı verilib.

13.11.2017 18:41 / Baxılıb: 45 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo