Elmar Məmmədyarov Bolqarıstan səfiri ilə görüşüb

Samir Soltanov/AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristovanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlığın hərtərəfli inkişaf səviyyəsindən və yüksək səviyyəli qarşılıqlı səfərlərdən məmnunluq ifadə olunub. 

Nazir Elmar Məmmədyarov səfir Maya Xristovanın diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında dostluq və əməkdaşlığın inkişafı naminə səylərini yüksək qiymətləndirib. O əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin işə düşməsi ölkələrimiz arasında əməkdaşlıq üçün yeni əlverişli imkanlar açır. 
Səfir Maya Xristova diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb. 
Nazir Elmar Məmmədyarov səfir M. Xristovaya gələcək fəaliyyətində uğurlar arzu edib.

13.11.2017 18:54 / Baxılıb: 42 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo