Azərbaycanın Türkiyədəki yeni səfiri deputatla görüşüb

Fidan Afər/AZADİNFORM. Ölkəmizin Türkiyə Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Sədri, AKP Adana millət vəkili Prof. Dr. Necdet Ünüvarı ziyarət edib. 

Azadinform xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin binasında gerçəkləşən ziyarətdə Türkiyə ilə Azərbaycan münasibətləri danışılıb. Təxminən 3 həftə əvvəl vəzifəyə başlayan Səfir Xəzər İbrahim, səmimi söhbətdə, dost və qardaş olan iki ölkə əlaqələrinin, həm region, həm də dünya üçün önəmini qeyd edib. 
Ziyarətdən duyduğu məmnuniyyəti dilə gətirən AKP Adana millət vəkili Necdet Ünüvar da iki ölkə arasında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə başlayan iqtisadi tərəfdaşlığın, ötən həftə prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin birgə açılışını etdiyi Bakı-Tbilisi-Qars dəmir yolu ilə bir addım daha da irəli getdiyini söyləyib. N. Ünüvar Bakı-Tbilisi-Qars Dəmir Yolunun verəcəyi nəqliyyat rahatlığının, iki ölkə arasındakı qarşılıqlı səfərləri artıracağı kimi, dünya ticarəti baxımından da tarixi İpək Yolunun təkrar canlanmasına vəsilə olacağını qeyd edib. 
Bundan başqa, 2019-ci ilin ortalarında bitirilməsi planlaşdırılan Trans Anadolu Qaz Boru Kəməri layihəsi (TANAP) ilə Azərbaycan təbii qazının Türkiyə üzərindən Avropaya axacağını ifadə edən N.Ünüvar, Azərbaycan təbii qazını satarkən, Türkiyənin də bu layihə ilə daha ucuz təbii qaz alacağını bildirib. 
N.Ünüvar sonda səfir Xəzər İbrahimə, 15 İyul xain dövlət çevrilişi cəhdi zamanı TBMM-də baş verən hadisələrdən bəhs edən "Qazi Məclisdə O Gecə" adlı kitabını hədiyyə edib.
Səfir X. İbrahim isə millət vəkilinə Azərbaycana məxsus lövhə hədiyyə edib. 
Görüşün ardından ziyafətə keçən İbrahim və Ünüvarı Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, AK Partiya İğdır Millət Vəkili Nurəddin Aras müşayiət edib.

13.11.2017 17:44 / Baxılıb: 254 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.11.2017
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo