Ərdoğan: Putinlə görüşün gündəliyində Dağlıq Qarabağ münaqişəsi də ola bilər

Türkiyə və Rusiya arasında danışıqların əsas mövzusu Suriyada cari vəziyyətin müzakirəsi olacaq.

Məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfəri ərəfəsində deyib.

Dövlət başçısı səfəri çərçivəsində görüşlər zamanı regional, həmçinin energetika məsələlərinin müzakirə ediləcəyini bildirib: "Türkiyə və Rusiya bütün sahələrdə münasibətləri möhkəmləndirmək niyyətindədirlər".

R.T.Ərdoğan vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya Prezidenti Vladimir Putinlə görüşünün gündəliyində ola bilər: "Bu məsələ Putinlə ikitərəfli görüşdə müzakirə edilə bilər".

Qeyd edək ki, Rusiya və Türkiyə liderləri Soçidə görüşəcəklər.

13.11.2017 16:45 / Baxılıb: 369 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo