Əkin sahəsində tank əleyhinə mina aşkar edilib

Samir Soltanov/AZADİNFORM. Xocavənddə əkin sahəsində tank əleyhinə mina (TM-57) aşkar edilib. 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Azadinform-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xocavənd rayonu, Qarasu kəndi ərazisində 1 ədəd mərminin olması barədə məlumat daxil olub. 
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. 
Agentliyin mütəxəssisləri tərəfindən əkin sahəsində aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilib, hava şəraitinin əlverişsiz olması ilə əlaqədar olaraq 13 noyabr 2017-ci il tarixində partlayış yolu ilə zərərsizləşdirilib.

13.11.2017 16:13 / Baxılıb: 166 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo