Cənubi və Şimali Koreya arasında qalmaqal Ordu hazır vəziyyətdə

Samir Soltanov/AZADİNFORM. Şimali Koreya ordusu Cənubi Koreyaya sığınan əsgərini silahla yaralayıb. 

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya ordusu məlumat yayıb. Bildirilir ki, iki ölkə arasındakı neytral zonadan qarşı tərəfə keçən əsgər vurulduqdan sonra Cənubi Koreyada xəstəxanaya yerləşdirilərək tibbi yardım göstərilib. 
Məlumata görə, Cənubi Koreya ordusu əsgərin vurulmasından sonra, Şimali Koreya tərəfindən gələcək təhlükənin qarşısını almaq üçün hazır vəziyyətə gətirilib.
Xatırladaq ki, iki ölkə sərhədi arasında təxminən 2 kilometrlik neytral ərazi Koreya müharibəsindən (1950-1953) sonra Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən 1953-cü ildə təyin olunub. Həmin ərazi Cənubi Koreyanın paytaxtı Seulun təxminən 55 kilometr şimalında yerləşir. 

13.11.2017 15:10 / Baxılıb: 282 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.11.2017
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo