"Neftçi" heyətinə yeni futbolçu cəlb edib

Adəm Abbaslı/AZADİNFORM. "Neftçi” PFK heyətinə yeni futbolçu cəlb edib.

Azadinform klubun saytına istinadən xəbər verir ki, gənc yarımmüdafiəçi Elnur Süleymanovla 3 illik müqavilə bağlanıb. 2014/2015 mövsümündə "İnter” klubunun heyətində Premyer Liqada debüt etmiş E.Süleymanov ötən mövsüm AZAL-ın heyətində 18 oyunda meydana çıxıb.

U-19 milli komandamızla Avropa çempionatında iştirak etmiş E.Süleymanov Sloveniya yığması ilə oyunda (3:2) qol vurub. Yeni transferimiz ötən il U-21 milli komandamıza da cəlb olunub.

13.11.2017 14:35 / Baxılıb: 184 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo