Ali Sunal: Atamın filmlərini hələ izləyə bilmirəm

Ləman Hüseynzadə / AZADİNFORM. Türk filmlərinin unudulmaz adlarından biri olan Kemal Sunalın doğum günü İstanbulda təşkil edilən İstanbul Komediya Festivalı çərçivəsində açılan bir sərgi ilə qeyd edilib.

Azadinform xəbər verir ki, sərgidə aktyorun kino və şəxsi həyatına aid əşyalar yer alıb.

Sərginin açılışını Kemalın xanımı Gül Sunal, oğlu Ali Sunal və qızı Ezo Sunal edib. 

Gül “Kemal hər şeyi yığıb saxlayardı. Hətta evlənməyimiz üçün aldığımız özəl hesabatı belə saxlayıb. Oğlunun sünnətində geyindiyi paltarı da bu sərgidədir”, - deyə bildirib.

Atasının filmlərinə hələ də baxa bilmədiyini söyləyən Ali Sunal isə “Gələcəkdə bir uşağım olarsa ona babasını tanıtmaq üçün bəlkə izləyə bilərəm”, - deyib.

 

13.11.2017 14:25 / Baxılıb: 462 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
20.11.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo