Neft hasilatı 7,2% azalıb

Samir Soltanov/AZADİNFORM. 2017-ci ilin yanvar-oktyabr aylarında ölkədə 32 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib. 

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,4% artıb, neft sektorunda isə 5,9% azalıb. 
Sənaye məhsulunun 70%-i mədənçıxarma sektorunda, 24,8%-i emal sektorunda, 4,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. 
Mədənçıxarma sektorunda neft hasilatı 7,2%, əmtəəlik qaz hasilatı isə 2,6% azalıb. 
Emal sektorunda qida məhsullarının istehsalı 0,9%, içkilərin istehsalı 24,7%, toxuculuq sənayesi məhsullarının istehsalı 68,4%, geyim istehsalı 36,2%, ağacın emalı və ağacdan məmulatların istehsalı 46%, kimya sənayesi məhsullarının istehsalı 20,7%, əczaçılıq məhsullarının istehsalı 2,4 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 89,1%, tikinti materiallarının istehsalı 28,8%, kompüter və elektron məhsulların istehsalı 30,5%, elektrik avadanlıqlarının istehsalı 59,9%, maşın və avadanlıqların istehsalı 23,6%, sair nəqliyyat vasitələrinin istehsalı 19,1%, mebel istehsalı 14,1% artıb, tütün məmulatlarının istehsalı 6,6%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 9,9%, kağız və karton istehsalı 1,3%, poliqrafiya məhsullarının istehsalı 28,5%, metallurgiya sənayesi məhsullarının istehsalı 13,1%, hazır metal məmulatlarının istehsalı 16%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 45,8% azalıb. 
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,4%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,9% azalma olub.

13.11.2017 13:00 / Baxılıb: 207 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.11.2017
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo