Deputat: Moskvada dərk etməlidirlər ki, Ermənistan Rusiyanın ayaqlarının altını qazır

Leyla Məhərrəmova / AZADİNFORM. Bəzi məsələlərin həlli regionun iki böyük dövləti olan Rusiya və Türkiyənin münasibətlərinin səviyyəsindən və regionda cərəyan edən proseslərə baxışlarından, yanaşmalarından asılıdır.

Bu fikri Azadinform-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın bu gün keçiriləcək görüşünü şərh edərkən deyib. Deputat deyib ki, bu iki ölkə yaxın olduğu zaman Cənubi Qafqaz regionunda bir çox məsələləri həll edə bilirlər. M. Qasımlının fikrincə, münasibətləri pozulduqda isə həm bu ölkələrin özləri, həm də region xalqları əziyyət çəkir: “Bu baxımdan yanaşsaq, Türkiyə və Rusiya prezidentlərinin Soçi görüşü müstəsna əhəmiyyət daşıyır. İki ölkə rəhbərinin müzakirə edəcəyi çoxlu məsələlər var. Bura ikitərəfli siyasi, ticarət-iqtisadi və başqa münasibətlər, regional (Yaxın, Orta Şərqdə şərait , Cənubi Qafqazda münaqişələr) məsələlər daxildir”. 

Deputat hesab edir ki, Rusiya və Türkiyə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynaya bilərlər: “Moskvada dərk etməlidirlər ki, Ermənistan Rusiyanın ayaqlarının altını qazır və ondan istifadə edərək çirkin niyyətlərini həyata keçirməyə çalışır”.

13.11.2017 12:30 / Baxılıb: 324 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo