İrandakı zəlzələdə ölənlərin sayı 400 nəfəri keçib (Yenilənib 5) - Fotolar

Samir Soltanov/AZADİNFORM. İranda zəlzələdə ölənlərin sayı artır.

Məlumata görə, İraq-İraq sərhədində dünən axşam baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 407-yə çatıb.

6700-dən çox adam isə yaralanıb.

***16.11

Ötən gün İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 372 nəfərə çatıb. Azadinform xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Bildirilib ki, zəlzələ nəticəsində yaralananların sayı 6000-ə yaxınlaşıb.

Bundan başqa, İraqda isə təbii fəlakət nəticəsində ölənlərin sayı 7-yə, yaralananların sayı isə 425 nəfərə çatıb. 
Xatırladaq ki, zəlzələ 7,4 bal gücündə qeydə alınıb.



12:45



Samir Soltanov/AZADİNFORM. İranda zəlzələ nəticəsində ölənlərin sayı artıb. Azadinform İSNA agentliyinə istinadən xəbər verir ki, zəlzələ nəticəsində ölənlərin sayı 328 nəfərə çatıb. Məlumata görə, xəsarət alanların sayı 2500-ü keçib.


11:10


Samir Soltanov/AZADİNFORM. İranın Kirmanşah əyalətində baş verən zəlzələdə ölənlərin sayı 211 nəfərə çatıb. Azadinform xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. Bildirilir ki, zəlzələ nəticəsində yaralananların sayı 2504 nəfərə yüksəlib. Məlumata görə, xəsarət alanların yaxın xəstəxanalara çatdırılması üçün təyyarə və bir neçə helikopter ayrılıb.

 

 

09:54

 

 


Samir Soltanov/AZADİNFORM. İranın qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində 200 nəfər ölüb, 1686 nəfər xəsarət alıb. Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, digər tərəfdən İraqda ölənlərin sayı 4 nəfərə çatıb. Xəsarət alanların sayı isə 200-ü keçib. Hazırda xilasetmə işləri davam etdirilir. Hadisə ilə əlaqədar Kirmanşah əyalətində 3 günlük matəm elan olunub.

13.11.2017 19:09 / Baxılıb: 262 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
24.11.2017
23.11.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo