"Kamaz"dan 1 ədəd əl qumbarası müsadirə edildi

Samir Soltanov/AZADİNFORM. Astara Gömrük İdarəsinin yük şöbəsində İrandan daxil olan yük nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib. 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Azadinform-a verilən məlumata görə, yoxlama zamanı Azərbaycan vətəndaşı Həşimov Əkbərağa Maşalla oğlunun idarə etdiyi "Kamaz" markalı, 44BM570/44ZA357 nömrəli həmin nəqliyyat vasitəsinin kabinəsində, arxa hissədə yataq üçün nəzərdə tutulmuş döşəyin altında döyüş sursatı hesab edilən "F-1" markalı, müdafiə təyinatlı 1 ədəd əl qumbarası aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır.

13.11.2017 11:30 / Baxılıb: 163 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.11.2017
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo