Ermənistanda tələbələr ayağa qalxdı - Növbəti mitinq keçiriləcək

Leyla Məhərrəmova / AZADİNFORM. Yerevan Dövlət Universitetinin tələbələri hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılması ilə bağlı mübahisəli qanuna etirazlarını davam etdirir.

Azadinform tert.am-a istinadən xəbər verir ki, tələbələr nümayiş keçirmək üçün universitet binasının ətrafında toplaşıb. Onlar bu gün günorta saatlarında etiraz aksiyası keçirmək niyyətindədirlər. 

Qeyd edək ki, cümə günü axşam saatlarında tələbələr Milli Assambleyanın qarşısında mitinq keçirib, parlamentin müdafiə və təhlükəsizlik alt komitəsi tərəfindən keçiriləcək görüşdə iştirak etmələrini tələb ediblər. Lakin yetarsay olmadığından sessiya təxirə salınıb.

Qeyd edək ki, gecə komitənin xüsusi sessiyasında qanun layihəsi qəbul edilib.

13.11.2017 11:21 / Baxılıb: 351 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo