Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib. 

Azadinform xəbər verir ki, başsağlığı məktubunda deyilir: “Hörmətli cənab Prezident! 

Ölkənizin qərbində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram. 
Allah rəhmət eləsin!”

13.11.2017 10:37 / Baxılıb: 281 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo