Bu gün Ərdoğan və Putinin 5-ci görüşü baş tutacaq

Leyla Məhərrəmova / AZADİNFORM. Bu gün Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Soçidə terrorizmə qarşı mübarizə və Suriyadakı vəziyyəti müzakirə edəcək.

Azadinform RİA Novosti-yə istinadən xəbər verir ki, Kreml bir müddət öncə iki liderin beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparacağını və ticarət, enerji sahəsində əməkdaşlığı müzakirə edəcəyini bildirib.

Qeyd edək ki, bu prezidentlərin 2017-ci il ərzində 5-ci görüşü olacaq.

13.11.2017 10:32 / Baxılıb: 210 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.11.2017
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo