1,9 milyon tona yaxın neft dünya bazarlarına çıxarılıb

Samir Soltanov/AZADİNFORM. 2017-ci ilin oktyabr ayı ərzində 1 mln. 895,356 min ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. 

SOCAR-dan Azadinform-a verilən məlumata görə, bu həcmin 1 mln. 201,814 min tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) nefti təşkil edib. 

Cari ilin yanvar-oktyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 21 mln. 36,310 min ton təşkil edib. 
Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan (BTC) istismara verilən gündən 2017-ci il noyabr ayının 1-ə qədər Ceyhan limanından 340 mln. 870,909 min ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

13.11.2017 10:28 / Baxılıb: 146 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.11.2017
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo