3 rayonda yanğın olub

Adəm Abbaslı/AZADİNFORM. Masallı, Ucar və Gəncədə yanğın hadisələri qeydə alınıb.

FHN-dən Azadinform-a verilən məlumata görə, Masallı rayonunun İsi kəndində dəmir konstruksiyadan ibarət talvarın taxta üzlüyü və altında olan əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ucar rayonunun Lək kəndində tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə və damına yığılmış ot bağlamasının 800 kiloqramı yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gəncə şəhərinin Nizami rayonunda tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

13.11.2017 09:10 / Baxılıb: 147 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo