Bakıda mağazanın anbarında yanğın olub

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mağazanın anbarında yanğın baş verib.

Azadinform-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,  4 m2 sahədə rəflər və rəflərə yığılmış ərzaq malları yanıb, yüksək temperaturdan lambirdən ibarət qapı əriyib.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

12.11.2017 17:09 / Baxılıb: 59 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo